"Zəng edib dedi, intim əlaqəyə razı olmasan..." - Şok təfərrüat

Bakının Suraxanı rayonunda 30 yaşlı qadın şantaj olunub.

Metbuat.az xəbər verir ki, Bakı şəhər sakini Samirə Vəliyeva (ad və soyad şərti verilib – red.) şantaj olunması barədə Suraxanı rayon Polis İdarəsinə şikayət edib.

Qadın şikayətində göstərib ki, bir müddət əvvəl sosial şəbəkədə Tərlan adlı şəxslə tanış olub. Tərlan ondan mobil telefonunu alıb, sonra zəng edərək, intim əlaqədə olmağı tələb edib.

Tərlan qadının intim əlaqədən boyun qaçıracağı halda sosial şəbəkədə onu əxlaqsız qadın kimi təqdim rüsvay edəcəyini söyləyib.

Samirə Vəliyeva onun əməlindən polisə şikayət edib.

Faktla bağlı araşdırma aparılır. (teleqraf.com)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR