Ukrayna prezidenti Zelenski Türkiyəyə gedir - Ərdoğanla görüşəcək

Ukrayna prezidenti Vladimir Zelenski Türkiyəyə səfər edəcək.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ukrayna Prezident Adminstrasiyasınının mətbuat xidmətinin verdiyi məlumata görə, Zelenski avqustun 7-8-də keçirəcəyi görüş çərçivəsində ilk öncə Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Daha sonra Zelenski İstanbulda yepiskop Varfolomey ilə bir araya gələcək.

Qeyd edək ki, Zelenski prezident seçildikdən dərhal sonra da Türkiyəyə gəlmiş, Bodrumda olmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR