Tramp qərarnamə imzaladı - Bu ölkəyə qarşı...

Venesuela prezidenti Nikolas Maduronu və hökümətini qanuni olaraq qəbul etməyən ABŞ höküməti Maduro üzərindəki təzyiqi daha da artırmaq üçün yeni bir addım atdı.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, "Venesuela Dövlətinin Aktivlərinin Dondurulması" başlığı ilə yayımlanan qərarnamədə bildirilib:

"Venesuelanın ABŞ-dakı bütün mal varlıqları və bu varlıqlara aid olan çıxarları blok edilmişdir: bu aktivlər transfer edilə bilməz, ixrax edilə bilməz, geri götürülə bilməz və ticarəti aparıla bilməz".

Venesuela hökümətinin "iqtisadi blokadaya" alınacağı deyilən qərarnamə ilə Tramp höküməti ABŞ-la Venesuela arasındakı bütün iqtisadi əməliyyatları dayandırmış oldu. Bundan başqa, bu qərarnamə ilə insani yardımları çıxmaq şərtilə, Venesuela hökümətindəki bütün səlahiyyətlilərə qarşı aparılacaq əməliyyatlara qadağa qoyuldu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR