Çin ABŞ-a sanksiya tətbiq etdi - İki ölkə arasında iqtisadi savaş qızışır

Çin Ticarət Nazirliyi ABŞ-ın Çin mallarına qarşı elan etdiyi son gömrük rüsumundan sonra Çin şirkətlərinə ABŞ-dan kənd təsərrüfatı məhsulları almağı müvəqqəti olaraq qadağan edib.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, nazirlikdən verilən yazılı açıqlamada qeyd olunub ki, ABŞ-ın 300 milyard dollarlıq Çin mallarına 10% əlavə vergi tətbiq etməsi Çin prezidenti Şi Çinpinq və ABŞ prezidenti Donald Trampın razılaşdığı konsensusa ziddir:

"ABŞ-ın iki ölkə liderlərinin Osaka Zirvəsində razılaşdığı şərtləri tətbiq etməsini, iki ölkənin kənd təsərrüfatı sahəsində iş birliyi üçün lazım olan şəraitin yaranması üçün ABŞ-ın verdiyi sözləri tutmasına ümid edirik".

Qeyd edək ki, Çinin ABŞ-dan aldığı əsas kənd təsərrüfatı məhsulları soya, buğda, noxud, pambıq və donuz ətidir. G-20 Liderlər Zirvəsindən sonra Tramp 300 milyard dəyərindəki Çin mallarına əlavə 10% gömrük vergisi tətbiq ediləcəyini açıqlamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR