Rusiyada keçiriləcək "Dünya musiqiləri" festivalında bu qrup Azərbaycanı təmsil edəcək

10-11 avqust tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərinin Şeremetyevo sarayındakı Musiqi muzeyində 4-cü dəfə "Dünya musiqiləri" adlı etnik festival keçiriləcək.

Metbuat.az xəbər verir ki, Festival XVIII əsrə aid unikal malikanənin ərazisində Moskva və Sankt-Peterburq şəhərləri, Rusiya Federasiyasının regionları və müxtəlif ölkələrdən ən yaxşı etno-musiqiçiləri bir araya gətirəcək. Tədbirin proqramı etno- rok, etno-caz və etno-elektronika janrlarını əhatə edir. Azərbaycanı festivalda Xalq artisti Mircavad Cəfərovun rəhbərlik etdiyi "Cəngi" etno-caz qrupu təmsil edəcək. Bu barədə məlumat verən Mircavad Cəfərov bildirib ki, qrup səfərə Mədəniyyət Nazirliyinin dəstəyi ilə gedəcək.

"Cəngi" etno-caz qrupunun tərkibində Mircavad Cəfərov (ud), Mircavid Cəfərov (tar), Əməkdar artist Ruslan Hüseynov (bas gitara), Nicat Bayramov (zərb alətləri), Vasif Hüseynzadə (piano) və Əminə Kaykun (vokal) daxildir. Azərbaycanlı musiqiçilər festivalın açılış günü səhnəyə çıxacaqlar. 11 avqustda isə Mircavad Cəfərov 150 nəfərlik auditoriya qarşısında ustad dərsi keçəcək. Ustad dərsində Azərbaycan milli musiqi alətlərindən bəhs ediləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR