Məşhur aparıcı onu odlandıran MƏHƏBBƏTDƏN oxudu - VİDEO

Məşhur aparıcı onu odlandıran MƏHƏBBƏTDƏN oxudu - VİDEO
17:33 7 Avqust 2019
Ölkə mətbuatı
A- A+

Tanınmış aparıcı, “İmtahan” serialının aktyoru, eyni zamanda müğənniliklə məşğul olan Fariz İlyasov bəstəsi Darko Dimitrova, sözləri KQBPRO və özünə, aranjemanı isə Fərid Ağaya aid olan “Odlansın eşq” adlı yeni mahnısına çəkilən klipini təqdim edib.

Publika.az xəbər verir ki, daha çox aparıcı kimi tanınan məşhur müğənnilik karyerası haqqında bunları deyib:

“Əslində məqsədim özümü qəbul etdirmək deyil. Heç vaxt belə bir fikrim olmayıb. Mən gördüyüm hər bir işi sevdiyim və bacardığıma inandığım üçün etmişəm. Hər zaman ürəyim musiqi ilə döyünüb. Bunlar hələ ilk addımlardır. Daha böyük layihələrlə, daha böyük kütlələrə xitab edəcəyimə də inanıram. Hazırda Azərbaycan musiqi bazarında tələbat tam başqadır. Amma axına uymağı deyil, məni əks etdirən tərzi yaradıb irəliləməyi seçirəm.

Aktyorluğu və müğənniliyi iki qolum kimi təsəvvür edirəm. Birini digərindən üstün hesab edə və ya ayırd edə bilmərəm. Mən hər ikisi ilə bütövəm. Aktyor kimi daha tez populyarlaşsam da, bu sənət həyatımda bir neçə ildir ki var, musiqi isə özümü tanıyandan məni xoşbəxt edən sahədir. Çox kiçik yaşlarımdan musiqi həyatımın mərkəzində olub. Musiqi həyatıma fərqli həyəcan qatır. Məni həyəcanlandıran proyektləri təqdim etməkdən zövq alıram”.

Qeyd edək ki, ekran işinin rejissoruluğunu Ruslan Musayev edib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/286873.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR