Əlillik necə təyin olunur? - VİDEO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Əlillik necə təyin olunur?” mövzusunda maarifləndirici videoçarx hazırlayıb.

Metbuat.az bildirir ki, videoçarxda qeyd olunur ki, vətəndaş bununla bağlı yalnız səhiyyə müəssisələrinə müraciət etməlidir.

Səhiyyə müsəssisəsi isə “Forma 88” adlı göndərişi elektron sistemə daxil edir. Ekspert-vətəndaş kontaktı olmadan əlilliyin təyin edilib-edilməməsinə dair qərar qəbul edilir.

Məlumat sosial təminat orqanına göndərilir. Daha sonra isə vətəndaşın telefonuna SMS vasitəsilə bildirilir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR