TANAP daha bir mükafata layiq görüldü

TANAP daha bir mükafata layiq görüldü
16:37 9 Avqust 2019
Ölkə mətbuatı
A- A+

Trans-Anadolu qaz kəməri (TANAP) ətraf mühitin mühafizəsi sahəsində müxtəlif təşəbbüsləri və nailiyyətləri sayəsində daha bir beynəlxalq mükafata layiq görülüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, TANAP Böyük Britaniyanın "The Green Organisation" təşkilatının "The Green World Awards 2019" mükafatını alıb.

Xatırladaq ki, bir müddət əvvəl TANAP ABŞ-ın "The Communitas Award" və Böyük Britaniyanın "CSR Excellence Award" mükafatlarına layiq görülmüşdü.

Cənub Qaz Dəhlizinə "Şahdəniz-2" qaz yatağı, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri daxildir. 1,2 trilyon təbii qaz ehtiyatına malik "Şahdəniz" Azərbaycanın ən iri qaz-kondensat yatağı və Cənub Qaz Dəhlizinin hasilat mənbəyidir. Cənubi Qafqaz Boru Kəmərinin uzunluğu 691 km-dir. Gürcüstan sərhədindəki Türkgözü kəndində TANAP-a birləşən boru xəttinin 443 km-i Azərbaycandan, 248 km-i Gürcüstandan keçir. Layihə çərçivəsində Cənubi Qafqaz Boru Kəmərinin ötürücülük gücü ildə 7 milyard kubmetrdən 23 milyard kubmetrə qaldırılıb.

Uzunluğu 1805 kilometr olan TANAP boru kəmərinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. Kəmərdən Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir. Layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/777013.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR