"Çinlə razılaşmaya hazır deyilik" - Trampdan önəmli açıqlamalar

ABŞ rezidenti Donald Tramp jurnalistlərə Çinlə bağlı açıqlamalar verib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Tramp Çinlə açıq bir dialoqda olduqlarını deyib. Çin mallarına qoyduqları əlavə gömrük vergisinin iqtisadi qarşılığının ABŞ vergi mükəlləfləri tərəfindən deyil, Çin tərəfindən ödəndiyini müdafiə edən Tramp Pekinin bazara çox miqdarda pul buraxdığını bildirib.

Tramp həmçinin bildirib:

"Çinlə müzakirələr davam edir ancaq indi razılaşmağa hazır deyilik. Çin bir şey etmək istəyir amma mən hələ etməyə hazır deyiləm. ABŞ şirkətləri "Huawei" ilə işləməyəcək, bu mözvuda həqiqətən qərarımı vermişəm".

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi verdiyi açıqlamada Çini "valyuta monopoliyası" yaratmaqda ittiham etmişdi. Çin və ABŞ-ın 1 ildən çoxdur davam edən müzakirələri 11-cisi bu ilin mayında ABŞ-da keçirilmişdi, lakin ortaq nöqtəyə gəlinməmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR