Andiçməyə gedən sərnişinlər qəzaya uğrayıb, 19 yaralı var

Kürdəmir- Şirvan avtomobil yolunda ağır yol qəzası baş verib.

Metbuat.az xəbər verir ki, avtomobil yolunda hərəkətdə olan iki avtobus və bir minik avtomobili toqquşub.

İlkin məlumata görə, hadisə nəticəsində 19 nəfər müxtəlif xəsarət alıb. Yaralılardan 10 nəfər Şirvan rayon Mərkəzi Xəstəxanasına, 9 nəfər isə Kürdəmir Mərkəzi rayon Xəstəxanasına çatdırılıb.

Kürdəmir MRX-dan verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan 6 qadın, 2 kişi və bir azyaşlı oğlan xəstəxanaya gətirilib. Azyaşlının Bakıya travmatologiya institutuna (qolun amputasiyası), 2 kişinin isə KTM-ə keçirilməsi qərara alınıb. Şirvan MRX-a 4 kişi 6 qadın çatdırılıb. Qadınların ikisində qapalı kəllə beyin travması ehtimal olunur. Yaralıların hamısına lazımı yardım göstərilir.

Qeyd edək ki, mikroavtobusda olan sərnişinlər Gəncəyə "N" saylı hərbi hissəyə əsgərlərin andiçmə mərasiminə gedirlərmiş.

Fakt araşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR