Azərbaycan millisinin üzvü İsrail klubunda

Ötən mövsümün sonunda "Sumqayıt"ın yolları ayırdığı Azərbaycan yığmasının üzvü Əli Babayev karyerasını vətəni İsraildə sürdürəcək.

Metbuat.az bildirir ki, 28 yaşlı yarımmüdafiəçi yüksək liqa klubu "Makkabi"də (Petah-Tikva) məşqlərə çıxır. Yaxın günlərdə klub Babayevlə sözləşmə bağlayacaq.

Qeyd edək ki, Əli Babayev ötən yay "Hapoel Raanana" klubundan "Sumqayıt"a keçmişdi. Babayev "gənclik şəhəri" təmsilçisində 29 oyuna 1 qol vurub. O, Litva ilə yoxlama matçında Azərbaycan yığmasında debüt edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR