Andriya Pavloviç: "Əminəm ki, daha yaxşı çıxış edə bilərik"

Andriya Pavloviç: "Əminəm ki, daha yaxşı çıxış edə bilərik"
19:17 12 Avqust 2019
44 Digər
Ölkə mətbuatı
A- A+

"İlk matç yaxşı oldu. Ancaq əminəm ki, daha yaxşı çıxış edə bilərik".
"Report"un məlumatına görə, bunları Kiprin APOEL komandasının futbolçusu Andriya Pavloviç "Qarabağ"a qarşı Bakıda keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşü haqda danışarkən söyləyib.
26 yaşlı serbiyalı hücumçu Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan mətbuat konfransında bildirib ki, "Qarabağ" çox yaxşı komanda olsa da, sabah qələbə qazanmağa çalışacaqlar: "Oyun keyfiyyətimizi daha artıra bilərik. Burada müsbət nəticə əldə etmək istəyirik. Bakıya 3-cü dəfədir gəlirəm. İlk səfərim "Çukariçki" ilə olub. "Kopenhagen"nin heyətində burada çətinlik çəkdik. Ancaq sabahkı matçda özümüzə, keyfiyyətlərimizə inanmalıyıq".
Qeyd edək ki, "Qarabağ" ötən həftə Nikosiyada keçirilən ilk oyunda 2:1 hesabı ilə qalib gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq cavab matçı sabah saat 20:30-da start götürəcək.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/andriya-pavlovic-eminem-ki-daha-yaxsi-cixis-ede-bilerik

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR