"Qarabağ"a qarşı ən yaxşı oyunu göstərmək istəyirik" - APOEL-in baş məşqçisi

"Çox yaxşı komandam var. Matça neçə faiz hazır olduqlarını deyə bilmərəm".

Metbuat.az-ın məlumatına görə, bunu Kiprin APOEL klubunun baş məşqçisi Tomas Doll Azərbaycanın "Qarabağ" komandasına qarşı Bakıda keçirəcəkləri Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu öncəsi mətbuat konfransında deyib.

KİV nümayəndələrinin suallarını cavablandıran almaniyalı mütəxəssis bildirib ki, debüt matçında əsas məqsədi lazımı nəticəni qazanmaqdır: "Futbolçular ilk oyundakı nəticəni dəyişmək istəyirlər. Dörd məşqimiz olub və onların hər biri bacardıqlarının ən yaxşısı göstərmək arzusundadırlar. Təəssüf ki, ilk matçda bunu göstərə bilməyiblər. Məşq prosesindən çox razıyam. Sabahkı matçda köklənmişik və ən yaxşı oyununu göstərmək istəyirik. Konsentrasiyamız böyükdür, mərhələ keçmək üçün 2 top fərlqilə qalib gəlməliyik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR