Məşhur futbolçu karyerasını bitirdi

Məşhur futbolçu karyerasını bitirdi
23:42 12 Avqust 2019
60 İdman
Ölkə mətbuatı
A- A+

Hollandiya milli futbol komandasının keçmiş yarımmüdafiəçisi 35 yaşlı Uesli Sneyder idman karyerasını bitirib.

Trend-in məlumatına görə, bu barədə "Goal.com" portalı bildirib.

2018-ci ildən etibarən futbolçu Qətərin "Əl Garafa" klubunda çıxış edib. U.Sneyder ötən mövsümdə 11 matç keçirib, 6 qol vurub və bir ötürmə verib.

Sneijder eyni zamanda Hollandiyanın "Ajax", İspaniyanın "Real", İtaliyanın "İnter", Türkiyənin "Qalatasaray" və Fransanın "Nice" klublarında da çıxış edib.

Niderland yiğmasında çıxışı zamanı o Dünya çempionatında gümüş (2010) və bürünc (2014), Avropa çempionatında (2004) bürünc medal qazanmışdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/777695.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR