"Bakıda müsbət nəticə əldə etmək istəyirik" - Andriya Pavloviç

"Bakıda müsbət nəticə əldə etmək istəyirik" -  Andriya Pavloviç
07:27 13 Avqust 2019
88 İdman
Ölkə mətbuatı
A- A+

"İlk matç yaxşı oldu. Ancaq əminəm ki, daha yaxşı çıxış edə bilərik".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri APOEL-in futbolçusu Andriya Pavloviç Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la cavab oyuinu öncəsi keçirilən mətbuat konfransında deyib.

26 yaşlı hücumçu  bildirib ki, rəqib çox yaxşı komanda olsa da, sabah qələbə qazanmağa çalışacaqlar:  "Oyun keyfiyyətimizi daha artıra bilərik. Burada müsbət nəticə əldə etmək istəyirik. Bakıya 3-cü dəfədir gəlirəm. İlk səfərim "Çukariçki" ilə olub. "Kopenhagen"nin heyətində burada çətinlik çəkdik. Ancaq sabahkı matçda özümüzə, keyfiyyətlərimizə inanmalıyıq".
 
Qeyd edək ki,  Tofiq Bəhramov adına Respublika stadionunda sabah keçiriləcək cavab matçı saat 20:30-da başlayacaq. "Qarabağ"  Nikosiyada keçirilən ilk oyunda 2:1 hesabı ilə qalib gəlib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/777732.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR