Bu insanlara XƏBƏRDARLIQ: Xərcəng riskini ən azı iki dəfə artırır

Bu insanlara XƏBƏRDARLIQ: Xərcəng riskini ən azı iki dəfə artırır
10:03 13 Avqust 2019
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyada Bristol Universitetinin alimləri aydınlaşdırıblar ki, artıq çəki və piylənmə xərçəngin inkişafı riskini ən azı iki dəfə yüksəldir.

Publika.az xəbər verir ki, bu haqda “MedicalXpress”in açıqlamasında deyilir.

Tədqiqatçılar piylənmə ilə əlaqəsi göstərilən xərçəngin səkkiz tipinin şiş toxumalarında genlərin fəallığını müəyyən ediblər. Sonra mütəxəssislər Mendel randomizasiyası metodundan istifadə ediblər. Metod xəstəliyin inkişafında bu və ya digər amilin rolunu müəyyən etməyə imkan verir, yəni səbəb-nəticə qarşılıqlı əlaqəsini aşkar edir.

Alimlər artıq çəki və piylənmə ilə xərçəngin inkişafı riski arasında birbaşa əlaqəni aşkar ediblər.

Qiymətləndirmələrə görə, artıq çəki inkişaf etmiş ölkələrdə xərçəng hallarının 6 faizinin səbəbidir. Ancaq yeni tədqiqatın nəticələri göstərdi ki, bu göstərici daha çoxdur.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: https://publika.az/news/saghlamliq/287335.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR