Azərbaycanda daha bir qurumda işləyənlərin maaşı artırıldı - 1980 MANATA ÇATDI

Azərbaycanda daha bir qurumda işləyənlərin maaşı artırıldı - 1980 MANATA ÇATDI
12:58 13 Avqust 2019
Ölkə mətbuatı
A- A+

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları artırılıb.

Publika.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarında dəyişikliklər edilib.

Dəyişikliklə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları artırılaraq aşağıdakı kimi olub:

Sıra №-si Vəzifələrin adı Aylıq vəzifə maaşı (manatla)
1. İcraçı direktor 1980
2. Müşavir 1540
3. Baş mühasib 1450
4. Şöbə müdiri 1410
5. Baş məsləhətçi 1255
6. Aparıcı məsləhətçi 1030
7. Məsləhətçi 930
8. Hüquqşünas, informasiya texnologiyaları üzrə mütəxəssis 800
9. Avtomobil sürücüsü 320

Qeyd edək ki, qərar bu ilin sentyabrın 1-dən qüvvəyə minir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/pul/287354.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR