Rusiyanın 5 ağırlıqqaldıranı dopinqə görə diskvalifikasiya olunub

Rusiyanın 5 ağırlıqqaldıranı dopinqə görə diskvalifikasiya olunub
16:52 13 Avqust 2019
76 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyalı 5 ağırlıqqaldıran antidopinq qaydalarını pozmaları ilə əlaqədar bütün yarışlardan kənarlaşdırılıb.
"Report"un Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) rəsmi saytına istinadən verdiyi məlumata görə, erməni əsilli David Becanyan (105 kq), Oleq Çen (69 kq), Ruslan Albeqov (+105 kq), Yeqor Klimonov (94 kq) və Tima Turiyevaya (63 kq) qarşı intizam işi açılıb.
Qeyd edək ki, kənarlaşdırılanlar arasında ən titullusu Albeqovdur. O, ikiqat dünya və ikiqat Avropa çempionu, 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır. Turiyeva Avropa və dünya çempionu, Becanyan və Çen ikiqat Avropa çempionu, Klimonov isə 2017-ci il Universiadasının qalibidir.   


Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/rusiyanin-5-agirliqqaldirani-dopinqe-ilisdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR