Cennifer Lopez Türkiyədən 1 milyon dollar aldı

Cennifer Lopez Türkiyədən 1 milyon dollar aldı
18:17 13 Avqust 2019
Ölkə mətbuatı
A- A+

Məşhur müğənni Cennifer Lopez Türkiyənin Antalya şəhərində verdiyi konsertə görə 1 milyon dollar qonorar alıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə türkiyəli köşə yazarı Çingiz Səmərcioğlu yazıb.

O bildirib ki, əvvəlcə bu rəqəm 1,5 milyon dollar olub, lakin Antalya konsertindən sonra məşhur ulduzun Moskvada da konserti təşkil edildiyinə görə qiymət 1 milyon dollara endirilib.

Yazar onu da qeyd edib ki, təxminən 200 min dollar müğənninin komandasına və əlavə xərclərinə sərf edilib.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/777934.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR