Putin "Qəbələ"nin sabiq baş məşqçisini təltif etdi

Putin "Qəbələ"nin sabiq baş məşqçisini təltif etdi
19:27 13 Avqust 2019
67 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ"nin sabiq baş məşqçisi, hazırda Rusiya "Lokomotivini çalşdıran Yuri Syomin "Aleksandr Nevski" ordeni ilə təltif olunub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bununla bağlı ölkə prezidenti Vladimir Putin sərəncam imzalayıb.

72 yaşlı mütəxəssis əvvəllər bədən tərbiyəsi və idmanın inkişafındakı xidmətləri qarşılığında Şərəf ordeni ilə mükafatlandırılıb. Onun adı "Lokomotiv"in Şərəf Xiyabanına salınıb. "Aleksandr Nevski" ordeni isə müxtəlif fəaliyyət sahələrindəki xüsusi xidmətlərə görə təqdim edilir.

Qeyd edək ki, Syomin "Lokomotiv"də 3 dəfə Rusiya çempionluğu, 6 dəfə ölkə kuboku və 3 dəfə Superkubok qazanıb. O,  2013/2014 mövsümündə "Qəbələ"ni çalışdırıb. Onun rəhbərliyi altında "qırmızı-qaralar" Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı və ölkə kubokunun finalçısı olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/777948.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR