Tarixdə ilk katarakt əməliyyatını edən müsəlman alim: əl-Mousuli

Tarixdə ilk katarakt əməliyyatını edən müsəlman alim: əl-Mousuli
19:42 13 Avqust 2019
Ölkə mətbuatı
A- A+

Əbu əl-Qasim Əmmar bin Əli əl-Mousuli Qərb dünyası orta əsrlərin qaranlığında çarpışdığı bir vaxtda ilk katarakt əməliyyatını icra edərək tarixə düşüb. Halbuki bu əməliyyatın 1846-cı ildə Blançet tərəfindən icra olunduğu bilinirdi.

İslam dünyasının yetişdirdiyi göz həkimlərindən biri olan və qərbdə "Canamusali" adı ilə tanınan Əmmar bin Əli Mosulda doğulduğu üçün "əl-Mousuli" adlandırılıb. 950-1010-cu illərdə yayayıb.

Milli.Az faktxeber.com-a istinadən bildirir ki, X əsrin ən tanınmış həkimlərindən biri olan bu böyük alim "Oftalmologiya" elminin atası hesab edilir. Elmi təhsili üçün Fatimilər dövründə Misirə gedir. Oradan isə Xorasan və Fələstinə səyahət edib. Sahib olduğu elmi məlumatlarını həyata keçirdiyi əməliyyatlarla inkişaf etdirən Əmmar, qısa müddətdə göz xəstəlikləri sahəsində mütəxəssis olub və "Kitabul-muntəhab fi ilacil-ayn" adlı əsər yazıb. Kitabın nüsxəsi hazırda Rabatda saxlanılır. Bu kitab o zaman yazılmış göz xəstəlikləri sahəsində ən geniş və ən uğurlu işdir. Kitabda göz çizgilərindən, göz yaşı kanalından başlayaraq göz sinirlərinə qədər 48 göz xəstəliyi izah edilmiş və bunların müalicə üsullarına yer verilmişdir. Bütün bu xəstəliklər "Kitabul-muntəhab"ın 86 səhifəsində təsvir edilmişdir. Bu kitab XII əsrdə ibrani dilində, XV əsrdə latın dilinə və 1991-ci ildə Alman dilinə tərcümə edilərək dərs kitabı kimi tədris olunub.

Göz anatomiyasının əsasları

Əmmar ibn Əli əsərində əsasən gözün anatomiyasına diqqət yetirib, göz qapaqları, şəffaf qat, bəbək, göz axını kimi əhəmiyyətli bölgələri tanıdıb. O, bu bölgələrin xəstəliklərini izah edib və müalicəsi haqqında ətraflı məlumat verib. Ən təəccüblü xüsusiyyət, məlumatların özü tərəfindən tətbiq olub. Əmmar həyata keçirdiyi müalicələrdə dövrünün son tibb texnologiyasından istifadə edib.

125 fəsildən ibarət olan "Cerahatul-uyun" kitabında dəqiq elmi üsullardan bəhs edilib.

Katarakt əməliyyatı

Katarakt göz bəbəyinin arxasında olan və görməyi təmin edən təbii göz obyektivinin şəffaflığını itirərək matlaşmasıdır. Əmmar bin Əlinin katarakt əməliyyatı əsnasında istifadə etdiyi texnikaların müasir əməliyyatlarda istifadə edilən texnikalarla bənzərliyi diqqət çəkir.

Əməliyyatı içi boş, incə bir metal boruyla (günümüzdəki şpris) katarakt təbəqəsini əmmə üsulu ilə edib və adını tarixə qızıl hərflərlə yazdırıb. Bu üsul o zaman tibb elminin böyük bir kəşfi sayılıb. Əsərlərində xüsusi müayinə, müalicə və əməliyyatlarını canlı üslubla izah edərək oxucularına yol göstərib, özündən sonra gələn həkimlərə böyük məlumatlar çatdırıb.

Əmmar həmçinin azyaşlıların zəif görməsini müalicə üsulu ilə öz həmkarlarını 1000 il qabaqlayıb.

Hər şey Allahın təqdiridir

Əmmar bin Əlinin Allaha güclü inancı olub. Müvəffəqiyyətli bir əməliyyatdan sonra hər dəfə Allaha şükr edən məşhur həkim hər şeyin Allahın təqdiri olduğuna inanırdı. Onun sözlərinə görə, müvəffəqiyyətin əsas qaydalarından biri əlindən gələn hər şeyi etməyə başladıqdan sonra Allaha təvəkkül etmək idi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/777863.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR