ABŞ Ermənistan şirkətlərinə qarşı sanksiyalar tətbiq etdi

ABŞ Ermənistan şirkətlərinə qarşı sanksiyalar tətbiq etdi
22:47 13 Avqust 2019
82 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Ticarət Nazirliyi Ermənistandan iki şirkəti - Yerevan Telekommunikasiya Tədqiqat İnstitutunu (YerTTİ) və "Markel" Qapalı Səhmdar Cəmiyyətini (QSC) "qara siyahı"ya salıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, YerTTİ məhsulları ABŞ Sənaye və Təhlükəsizlik Bürosunun Ticarət Nəzarəti Siyahısından lazımi lisenziyalar olmadan alıb və təkrar ixrac edib.

Bundan başqa, YerTTİ-nin icraçı direktoru və "Markel" QSC-nin prezidenti olan şəxs ABŞ-ın sanksiyaları altında olan İran təşkilatı ilə bizneslə məşğul olur.

Amerika hakimiyyət orqanlarının fikrincə, bu şirkətlər milli təhlükəsizliyə və ABŞ xarici siyasətinin maraqlarına zidd hərəkət edirlər. Sanksiyaların məhdudlaşdırılması çərşənbə günü qüvvəyə minəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/777969.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR