Kaliforniyada baş verən atışmada polis öldürülüb

Kaliforniyada baş verən atışmada polis öldürülüb
02:12 14 Avqust 2019
45 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Kaliforniya ştatında polisin ölümü ilə nəticələnən silahlı insident baş verib.
“Report” xəbər verir ki, bu barədə məlumatı RİA “Novosti” yerli polis idarəsinə istinadən yayıb.
Qeyd olunub ki, atışmada daha dörd nəfər yaralanıb. Onlardan ikisi hüquq mühafizə orqanlarının əməkdaşlarıdır. Polisi öldürən şəxs isə zərərsizləşdirilib.
Hadisə polisin avtomobili saxlayıb yoxlamasından sonra baş verib. Belə ki, sürücü gizlətdiyi silah vasitəsi ilə polisə bir neçə dəfə atəş açıb. Polis aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Hadisə yerinə gələn üç polisdən ikisi isə güllə yarası alıb. Birinin vəziyyəti ağır qiymətləndirilir. Bundan başqa iki mülki vətəndaş atışmada yaralanıb.
Nəticədə hadisə yerinə çoxlu sayda güc strukturunun əməkdaşları cəlb edilib və cinayətkar zərərsizləşdirilib. 


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/kaliforniyada-bas-veren-atismada-polis-oldurulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR