"Ava Odori" rəqs festivalı başlayıb - FOTO

"Ava Odori" rəqs festivalı başlayıb - FOTO
02:32 14 Avqust 2019
Ölkə mətbuatı
A- A+

Avqustun 12-də Tokuşima şəhərində Yaponiyada öz populyarlığı ilə seçilən "Ava Odori" rəqs festivalı start götürüb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, açılış mərasimində çıxış edən şəhərin meri Akiyoşi Endo ənənəvi festivalın bu il də tamaşaçıların zövqünü oxşayacağına ümidvar olduğunu bildirib.

Festivalın təşkilat komitəsinin üzvü 4 gün davam edəcək festivalı açıq elan edib. Yay kimonosu və happi geyinmiş rəqqaslar canlı musiqinin sədaları altında rəqs etməyə başlayıblar. Onlar odori rəqslərini baraban və fleytanın müşayiəti ilə dörd meydançada ifa ediblər.

Xaricdən, Yaponiyanın müxtəlif şəhərlərindən gəlmiş qonaqlar və yerli sakinlər rəqqasların çıxışlarını alqışlarla qarsalayıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/777842.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR