"Konstitusiyaya düzəlişlərlə bağlı müzakirələrin vaxtı çatıb"

"Konstitusiyaya düzəlişlərlə bağlı müzakirələrin vaxtı çatıb"
07:22 14 Avqust 2019
67 Dünya
Ölkə mətbuatı
A- A+

Atası - Yaponiyanın sabiq Xarici İşlər naziri Şintaro Abenin məzarını ziyarət edən Baş Nazir Şinzo Abe ölkə Konstitusiyasında düzəlişlərin vaxtının çatdığını bildirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə o, avqustun 13-də həmin səfər zamanı jurnalistlərə bəyan edib. Ş.Abenin atasının qəbiri Baş Nazirin seçki məntəqəsinin də daxil olduğu Yamaquçi prefekturasında yerləşir.

Baş Nazir vurğulayıb ki, o, atasını Reiva dövründə keçirilən ilk ümumi seçkilərdə qələbəsi barədə məlumatlandırıb və bundan seçkilərin etimadını doğrultmaq üçün böyük motivasiya aldığını da deyib.

Xatırladaq ki, Ş.Abenin rəhbərlik etdiyi hakim koalisiya parlamentin yuxarı palatasına ötən ay keçirilən seçkilərdə qələbə qazanıb.

Baş Nazir, həmçinin qeyd edib ki, o atasına konstitusiyada düzəlişlərin aparılması ilə bağlı müzakirələrin vaxtının çatması barədə də məlumat verib.

Eyni zamanda, Ş.Abe bunun rəhbəri olduğu Liberal Demokratik Partiya qarşısında duran ən çətin vəzifə olduğunu da bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/777967.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR