Rusiyada avtomobil qəzası nəticəsində beş nəfər ölüb

Rusiyada avtomobil qəzası nəticəsində beş nəfər ölüb
07:57 14 Avqust 2019
110 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Krasnodar diyarında qəza nəticəsində iki uşaq da daxil olmaqla beş nəfər ölüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, üç böyüklər və bir uşaq hadisə yerində keçiniblər, daha bir uşaq daha sonra reanimasiyada ölüb.

Altı yaralı, o cümlədən bir uşaq xəstəxanaya aparılıb.

İlkin məlumatlara görə, Temryuk-Krasnodar-Kropotkin avtomobil yolunda "Opel" və "Hyundai" toqquşub.

"Opel" markalı avtomobilin sürücüsü qarşıdakı zolağa çıxaraq "Hyundai"ya çırpılıb. Qəzanın günahkarı - "Opel" sürücüsü ölüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/777987.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR