Yaponiyada istidən 23 nəfər ölüb, 13 min nəfər xəstəxanaya yerləşdirilib

Yaponiyada istidən 23 nəfər ölüb, 13 min nəfər xəstəxanaya yerləşdirilib
08:52 14 Avqust 2019
56 Digər
Ölkə mətbuatı
A- A+

Yaponiyadakı anomal istilər nəticəsində 23 nəfər həyatını itirib. Bundan başqa 13 min nəfər günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib.
Report “TASS” agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumatıö lkənin FHN və təcili yardım xidmətinin funksiyalarını həyata keçirən Yaponiya Yanğından Mühafizə İdarəsi yayıb.
Qeyd olunub ki, təkcə ötən həftə ərzində 12 571 nəfər günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib.
Ölkə ərazisinin əksər hissələrində üzücü istilər hökm sürür, havanın temperaturu isə 39 dərəcədən yuxarını göstərir.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/yaponiyada-hefte-erzinde-istiden-23-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR