UEFA Super Kubokunun sahibi müəyyənləşir

UEFA Super Kubokunun sahibi müəyyənləşir
12:12 14 Avqust 2019
74 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Türkiyənin İstanbul şəhərində UEFA Super Kuboku uğrunda oyun keçiriləcək.

MiliAz goal.az-a istinadən xəbər verir ki, "Vodafone Park"da İngiltərənin iki təmsilçisi - "Liverpul" və "Çelsi" üz-üzə gələcək.

Ötən mövsüm "Liverpul" "Tottenhem"i 2:0 hesabı ilə üstələyərək, Çempionlar Liqasının qalibi olub. "Çelsi" isə Bakı Olimpiya Stadionunda təşkil olunmuş Avropa Liqasının həlledici qarşılaşmasında "Arsenal"ı darmadağın edib - 4:1.

Bakı vaxtı ilə saat 23:00-da başlanacaq görüşü ilk dəfə qadın referi idarə edəcək. Fransalı Stefani Frappara həmyerlisi Manuela Nikolazi və irlandiyalı Mişel O Nil yan xətt hakimləri kimi yardımçı olacaq. Dördüncü hakim funksiyasını türkiyəli kişi referi Cüneyt Çakır yerinə yetirəcək.

14 avqust

UEFA Super Kuboku

23:00. "Liverpul" - "Çelsi"

Hakimlər: Stefani Frappar (Fransa), Manuela Nikolazi (Fransa), Mişel O Nil (İrlandiya), Cüneyt Çakır (Türkiyə)

VAR hakimi: Kleman Türpen (Fransa)

"Vodafone Park", İstanbul (Türkiyə).

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/778048.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR