Jirinovski: "Şoyqu risk altında idi, qırıcını vurmalıydıq"

Jirinovski: "Şoyqu risk altında idi, qırıcını vurmalıydıq"
12:17 14 Avqust 2019
87 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski NATO qırıcılarının Rusiya Müdafiə naziri Sergey Şoyqunun təyyarəsinə yaxınlaşmaq cəhdinə reaksiya verib.

Milli.Az Axar.az-a istinadla xəbər verir ki, Jirinovski fikirlərini öz Teleqram səhifəsində paylaşıb.

O bildirib ki, Rusiyanın yüksək vəzifəli şəxslərinin risk altında qalmasına izn verməmək lazımdır:

"Rus təyyarələrinə xarici hərbi təyyarələrin yaxınlaşması halında onları vurmaq lazımdır. Əgər bir dəfə NATO təyyarəsi vurulsa, alyans ikinci dəfə belə bir hərəkətə yol verməyəcək".

Qeyd edək ki, ötən gün NATO qüvvələrinə aid F-18 qırıcısı göyərtəsində Rusiya Müdafiə naziri Sergey Şoyqunun olduğu təyyarəyə təhlükəli dərəcədə yaxınlaşıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/778054.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR