Avstraliya polisi Sidneydə baş verən hadisəni terrorizmlə əlaqələndirmir

Avstraliya polisi Sidneydə baş verən hadisəni terrorizmlə əlaqələndirmir
13:47 14 Avqust 2019
71 Dünya
Ölkə mətbuatı
A- A+

Avstraliya polisi Sidneydə avqustun 13-də baş verən hadisəni terrorizmlə əlaqələndirmir.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə mətbuat konfransında məlumat verən Yeni Cənubi Uels ştatının polis rəisi Maykl Fuller ilkin məlumatlara görə 21 yaşlı gəncin təklikdə hərəkət etdiyini bildirib.

"Bu cinayət hazırda terrorizmlə əlaqələndirilimir", - deyə M.Fuller bəyan edib. Polis rəisi əlavə edib ki, onun terrorizmlə bağlı ideologiya ilə maraqlandığı barədə məlumat əldə edilsə də, terrorçu təşkilatlarla əlaqəsi təsdiq olunmayıb. Eyni zamanda, xüsusi xidmət orqanlarında onun haqqında heç bir məlumat yoxdur.

Polisə əynində qanlı köynək olan kişi barədə məlumatlar avqustun 13-də günorta saatlarında daxil olmağa başlayıb. Kütləvi-informasiya vasitələrinin məlumatına görə, əlində bıçaq olan gənc Sidneyin mərkəzi küçəsində avtomobillərin üzərinə çıxaraq "Allahu Əkbər" qışqırırmış. Ətrafdakılar polis gələnədək onu saxlayaraq tərksilah ediblər. Hadisədən sonra xəstəxanalardan birinə bıçaq yarası almış qadın daxil olub.

M.Fuler bildirib ki, hücum nəticəsində 41 yaşlı qadın kürək nahiyəsindən bıçaq yarası alıb. Hazırda onun vəziyyəti sabitdir. Eyni zamanda, o əlavə edib ki, bu "təsadüfi hücum" olub. Polisin apardığı əməliyyat nəticəsində sonradan 21 yaşlı qadının meyidi aşkar edilib. "Əldə edilən məlumatlar bu iki hadisənin bir-biri ilə əlaqəli olduğunu təsdiq edir", - deyə M.Fuller bildirib.

KİV-lərin yaydığı məlumata görə, hücum edən Sidneyin yaxınlığındakı Marayonq şəhərində yaşayan Mert Ney adlı 21 yaşlı gənc olub. Onun psixatrik xəstəxandan qaçdığı da güman edilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/778094.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR