"Real" Yoviçi göndərə bilər

"Real" Yoviçi göndərə bilər
14:22 14 Avqust 2019
72 İdman
Ölkə mətbuatı
A- A+

"Real" iki ay əvvəl transfer etdiyi Luka Yoviçi icarəyə vermək istəyir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, buna səbəb Almaniya təmsilçisi "Ayntraxt"dan 60 milyon avroya alınan 22 yaşlı serbiyalı hücumçunun səviyyəsinin Madrid komandasının baş məşqçisi Zinəddin Zidanı qane etməməsidir.

Qeyd edək ki, "Real" Yoviçlə 2025-ci il iyunun 30-dək müqavilə bağlayıb. O, ötən mövsüm Almaniya Bundesliqasında 32 oyuna 17 qol vurub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/778106.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR