Yağış 66 can aldı - FOTO

Yağış 66 can aldı - FOTO
14:52 14 Avqust 2019
80 Dünya
Ölkə mətbuatı
A- A+

Hindistanın iki vilayətində baş verən leysan fəlakətində son bir neçə gündə 66 nəfər ölüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ölkənin Kerala və Karnataka əyalətlərində leysan xarakterli yağışlar sel və torpaq sürüşməsinə səbəb olub.

Vayanad əyalətində çay sahəsində baş verən sürüşmə zamanı torpaq altında qalanlardan 7-i qurtarılıb, 15 nəfərin isə axtarışları davam etdilir.

Ümumilikdə isə bölgədə 125 min sakin üçün 1111 çadır quraşdırılıb.

Qeyd edək ki, keçən ay Hindistan, Nepal və Bangladeşdə baş verən leysan fəlakətində 160 nəfər həyatını itirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/778116.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR