Kleopatranın istifadə etdiyi ətir tapıldı

Kleopatranın istifadə etdiyi ətir tapıldı
17:05 14 Avqust 2019
Ölkə mətbuatı
A- A+

Kleopatranın 2000 illik ətiri yenidən istehsal olunub.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, ətirləri çox sevdiyi deyilən Kleopatranın ətiri elm adamları tərəfindən yenidən istehsal edilib.

Türkiyə mətbuatının yazdığına görə, Misirdəki arxeoloji qazıntılar zamanı bir ətir mağazası aşkar edilib.

Mağazada latın əlifbası ilə hazırlanan ətir formulları tapılıb. Bu formulların Qədim Misir kraliçası Kleopatranın ətrinə aid olduğu məlum olub. ABŞ-ın iki professoru, 2000 illik reseptə əsasən mirr ağacı yağı, kardamom, zeytun yağı və darçından yeni ətir hazırlayıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/778115.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR