Çindən Kəşmirlə bağlı TƏLƏB

Çindən Kəşmirlə bağlı TƏLƏB
02:13 15 Avqust 2019
69 Digər
Ölkə mətbuatı
A- A+

Çin Cammu və Kəşmir ətrafında vəziyyət üzrə BMT Təhlükəsizlik Şurasının qapalı iclasının keçirilməsini tələb edib.

Publika.az xəbər verir ki, bu haqda “RİA-Novosti” agentliyinə Təhlükəsizlik Şurasındakı mənbə bildirib.

Xatırladaq ki, avqustun 5-də Hindistanın Cammu və Kəşmir əyalətinin xüsusi statusunu ləğv etməsindən sonra İslamabad və Nyu-Dehli arasında gərginlik artıb. Hindistan parlamenti öz Konstitusiyasında 370-ci maddənin ləğvini təsdiqləyib. Həmin maddə ştata xüsusi status verirdi.

Avqustun 7-də Pakistan hökuməti Hindistan səfirini ölkədən çıxarmaq qərarına gəlib. İslamabad, həmçinin Hindistanla diplomatik münasibətlərin səviyyəsini azaltmaq və bu ölkə ilə ikitərəfli ticarət əlaqələrini dayandırmaq niyyətində olduğunu bəyan edib.

Qeyd edək ki, Pakistan və Hindistan nüvə silahlarına sahibdir. Bu səbəbdən dünya ictimaiyyəti gərginliyin nüvə silahının tətbiqiylə genimiqyaslı müharibəyə gətirib çıxaracağı ehtimalından narahatdır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/diger/287494.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR