Neymar məşqlərdən kənarlaşdırıldı

Neymar məşqlərdən kənarlaşdırıldı
03:08 15 Avqust 2019
91 İdman
Ölkə mətbuatı
A- A+

PSJ-nin futbolçusu Neymar komanda ilə məşqlərdən kənarlaşdırılıb.

Qol.az-ın xəbərinə görə, bu barədə Braziliyanın "Esporte Interativo" telekanalı məlumat yayıb. 27 yaşlı futbolçunun gələcəyi ilə bağlı qərar verilənə qədər fərdi qaydada məşq edəcəyi bildirilib.

"Diario Sport" nəşri isə yazıb ki, PSJ braziliyalı oyunçunun komandanı tərk edəcəyini bilir. Onun "Barselona" və ya "Real"a keçəcəyi vurğulanıb.

Qeyd edək ki, Neymar transfer danışıqlarına görə Fransa çempionatının 1-ci turunda "Nim"lə oyun üçün heyətə daxil edilməmişdi.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/287492.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR