Səssiz mesaj, yavaş rejim - Telegram yeni funksiyalarını işə saldı

Səssiz mesaj, yavaş rejim - Telegram  yeni funksiyalarını işə saldı
07:12 15 Avqust 2019
Ölkə mətbuatı
A- A+

"Telegram" mesencerində yeni funksiyalar işə salınıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, artıq bu sosial şəbəkədə qrup rəhbərləri "Yavaş rejim" funksiyası vasitəsilə müzakirə iştirakçılarının hansı zaman intervalında rəy yaza biləcəklərini təyin edə bilirlər. Bu, 30 saniyə də ola bilər, bir neçə dəqiqə də. Sözügedən funksiya müzakirələrin daha keyfiyyətli təşkili və hər bir istifadəçi rəyinin əhəmiyyətini qoruması, diqqətdən kənarda qalmaması üçün yaradılıb.

Eyni zamanda, mesencerdə səssiz mesaj göndərmək mümkündür. Bu, hər bir istifadəçiyə mesaj yollayan zaman seçim etmək imkanı verir. "Telegram" rəhbərliyi günün istənilən saatında, xüsusilə gecə radələrində istifadəçilərin yatarkən telefonlarını səssiz rejimə keçirməyi unuda biləcəyini nəzərə alaraq bu funksiyanı işə salıb.

Bundan əlavə, artıq "Telegram"da qrup administratorları vəzifə bölgüsü apara bilərlər. İstifadəyə verilən "Vəzifələr" funksiya buna imkan verir. Qrup rəhbərləri onlara təklif olunan variantlar əsasında təsisçi, maliyyə direktoru və ya spam döyüşçüsü öhdəliklərini öz üzərlərinə götürə bilərlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/777901.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR