Ölümcül xəstəlik yüzlərlə can alıb

Ölümcül xəstəlik yüzlərlə can alıb
07:42 15 Avqust 2019
Ölkə mətbuatı
A- A+

Filippinin Səhiyyə Nazirliyi çox saylı insan itkiləriylə bağlı denqe epidemiyası haqda məlumat yayıb. Bu haqda "CNN" xəbər vermişdir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, 2019-cu ilin əvvəlindən 146 min nəfər denqe xəstəliyinə yoluxması halları haqda məlumat yayılıb. Nəticədə 622 nəfər artıq dünyasını dəyişib. Bunun ötən ilin göstəricilərinə nisbətən 98% daha çox olması bildirilir. Epidemiyanın elan olunmasından sonra, ölkədə ən çox yoluxmuş bölgələri aşkar etmək üçün xüsusi tədbirlər keçirilir.

Təhlükəli sayılan denqe epidemiyası, tropik və subtropik iqlimli ölkələrdə yayılmışdır. Bunlar Hindistan, Çin, Tailand, İndoneziya, Malayziya, Myanma, Vyetnam Sudan, Mozambik, Honduras, Kosta-Rika, Braziliya və Filippindir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/777904.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR