"Neftçi" İsraildə çətin sınaq qarşısında - YENİLƏNİR

"Neftçi" İsraildə çətin sınaq qarşısında - YENİLƏNİR
08:18 15 Avqust 2019
74 İdman
Ölkə mətbuatı
A- A+

Neftçi” bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.

Publika.az xəbər verir ki, paytaxt təmsilçisi III təsnifat mərhələsinin cavab matçı çərçivəsində İsraildə “Bney Yehuda” ilə üz-üzə gələcək.

Petah Tikvadakı “Ha Moshava” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Avqustun 8-də “Bakcell Arena”da reallaşan ilk qarşılaşmada heç-heçə qeydə alınıb - 2:2.

Qeyd edək ki, “Neftçi” “Bney Yehuda”nı mübarizədən kənarlaşdıracağı təqdirdə, pley-off mərhələsində “Malmö” (İsveç) – “Zrinski” (Bosniya və Herseqovina) duelinin qalibi ilə qarşılaşacaq. İsveç komandası evdə keçirdiyi ilk oyunda 3:0 hesabı ilə qalib gəlib.

Avropa Liqası

III təsnifat mərhələsi, cavab oyunu

21:00. “Bney Yehuda” – “Neftçi”

Baş hakim: Daniele Doveri

Yan xətt hakimləri: Alessandro Kostantso və Alesio Tolfo

Dördüncü hakim: Fabritsio Paskua (hakimlər briqadası İtaliyadandır)

Hakim-inspektor: Stefan Lannoy (Fransa)

UEFA nümayəndəsi: Tarqo Kaldoya (Estoniya)

Petah Tikva, “Ha Moshava” stadionu


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/287499.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR