Dünyanın ən böyük teleskopundan xəbər

Dünyanın ən böyük teleskopundan xəbər
08:32 15 Avqust 2019
Ölkə mətbuatı
A- A+

Nəhəng Magellan teleskopu üçün istifadə ediləcək olan 7 nəhəng güzgüdən biri də tamamlandı. Teleskop tamamlandığında dünyanın ən böyük teleskopu adını alacaq.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, nəhəng Magellan teleskopu (GMT), 2012-ci ildə başlayan bir layihədir. Bu layihə daxilində çox inkişaf etmiş texnikalar istifadə edilərək 7 ədəd xüsusi və nəhəng güzgü hazırlanır. Güzgülərdən biri də hazırlandı.

GMT beynəlxalq bir layihə olaraq bu gün istifadə edilən Habl kosmos teleskopundan 10-qat daha dəqiq görüntülər yığa biləcək. Teleskop aktivləşəndə kainat haqqında daha dəqiq cavablar tapa bilməyi məqsədi güdülür.

Teleskopun tamamlanması heç də asan bir müddət deyil. Teleskop, 2027-ci ildən əvvəl fəaliyyətə başlamayacaq. Bunun səbəblərindən biri də güzgülərin kompleks quruluşudur. Hər bir ana seqment, müəyyən bir əyriliyə sahib olacaq və müəyyən bir dalğa boyundakı işığı yığacaq quruluşdadır. Qulağa çox sadə bir fikir kimi gəlsə də, nəhəng ölçülü güzgülərdə santimetrin 400 mində 1-i bir nisbəti tutdurmaq çox incə bir iş tələb edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/777909.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR