Təyyarə qağayılarla toqquşdu - 76 yaralı

Rusiyanın paytaxtı Moskva şəhərinin yaxınlığında “Ural Airlines” təyyarəsinin təcili eniş etməsi nəticəsində xəsarət alanların sayı 76 nəfərə çatıb.

Metbuat.az Rusiya KİV-nə istinadən xəbər verir ki, xəsarət alanlardan 19-u uşaqlardır. Bir nəfər xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, bu gün Moskvadan Simferopola uçan “Airbus A321” təyyarəsi havaya qalxarkən qağayı sürüsü ilə toqquşub. Quşların mühərrikə düşməsi uçuşa mane olub. Bu səbəbdən pilotlar təcili eniş etmək qərarına gəliblər. Hadisə zamanı təyyarədə 226 sərnişin və 7 heyət üzvü olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR