Rahidəyə qarşı 35 minlik dələduzluq - “5 aydır zəng edirəm”

Rahidəyə qarşı 35 minlik dələduzluq - “5 aydır zəng edirəm”
14:12 16 Avqust 2019
Ölkə mətbuatı
A- A+

"Hadisə 5 ay bundan əvvəl olub.  Həmin tikinti şirkətini bir müğənninin səhifəsində gördüm, reklam edirdi. Mən də evimi təmir etmək istəyirdim, onlarla razılaşdıq. Amma başıma bu hadisə gələndən sonra öyrəndim ki, şirkət bir çox insana qarşı bu əməli edib". 

Bu sözləri "qafqazinfo"ya açıqlamasında müğənni Rahidə Baxışova deyib. Sənətçi bildirib ki, sözügedən şirkət ona qarşı 35 min manatlıq dələduzluq edib:

"Şirkətə 5 aydır ki, zəng edirəm. Bu gün-sabah deyib vaxtı uzadırlar. Demək olar ki, bir adam oturaraq şirkət qurub, bu cür işlərlə məşğul olur. Heç kəs pulu havadan qazanmır. Mən uşaqlarımın boğazından kəsib evimi təmir etmək istəyirdim. Bu mövzunu çox qabartmaq istəmirəm, Əgər belə bir niyyətim olsaydı, həmin şirkət barədə instaqram səhifəmdə paylaşım edərdim".

Qeyd edək ki, daha əvvəl yayılan məlumata görə, müğənninin evində təmir işləri aparmağa söz verən usta ondan 35 min manat pul alıb. Lakin o, sonradan telefon zənglərinə cavab verməyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/778647.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR