İQ səviyyəsi musiqi zövqünə təsir edirmiş - Alimlər açıqladı

Alimlər insanların dinlədiyi musiqi növü və İQ səviyyələri arasındakı bağlantını incələyiblər.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmada Motsart və Bax kimi klassikləri dinləyənlərin sözlü mahnılar dinləyənlərdən daha zəkalı olduğu bildirilib. Bundan başqa, rep dinləyənlərin əsasən İQ səviyyəsi aşağı olan insanlar olduğu qeyd edilib.

Oksford Brokes Universitetindəki alimlərin Xorvatiyada apardığı araşdırmada 400-dən çox tələbə üzərində təcrübə aparılıb. Məlum olub ki, daha az zəkalı insanlar orkestr musiqisi yerinə sözlü musiqiləri seçirlər.

Satoşi Kanazavanın məşhur "Savanna-İQ" nəzəriyyəsi ilə üst-üstə düşən araşdırmada daha zəkalı şəxslərin daha fərqli şeylər axtardıqları bildirilib.

Araştırma məqaləsi "Evolutionary Biological Sciences" adlı elmi yayımda yer alıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR