Avtoservisdən oğurluq etdi, polis saxladı

Binəqədi rayonu ərazisində yerləşən avtoservislərin birindən avtomobil ehtiyat hissələri oğurlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Metbuat.az -a verilən məlumata görə, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 14-də rayon ərazisində yerləşən avtoservislərin birindən 2000 manat dəyərində avtomobil ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini P.Rəhimov saxlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR