2 yaşlı uşaq yanaraq ölüb - Şəmkirdə faciə

Şəmkir rayonunun Sarıtəpə kəndində yanğın olub.

Metbuat.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 30 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı 2017-ci il təvəllüdlü Məmmədov Nicat Elmar oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR