Yunanıstanda helikopter dənizə düşdü - Ölənlər arasında qadın və uşaq da var

Yunanıstanda helikopter dənizə düşdü - Ölənlər arasında qadın və uşaq da var
20:05 20 Avqust 2019
104 Dünya
Ölkə mətbuatı
A- A+

Yunanıstanda Poros adası yaxınlığında şəxsi helikopter qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə zamanı helikopterin pilotu və 2 sərnişin - qadın və uşaq ölüb.

Sərnişinlərin Rusiya vətəndaşı olduğu deyilir.

Şahidlərin sözlərinə görə, helikopter havada çevrilib, daha sonra partlayış olub və hava gəmisi dənizə düşüb.

Hazırda qəza yerində axtarışlar aparılır. Poros adası hadisədən sonra işıqsız qalıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/779663.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR