Cəlilabadda yaşayış evindən oğurluq edən rayon sakinləri tutuldu - FOTO

Cəlilabadda yaşayış evindən oğurluq edən rayon sakinləri tutuldu - FOTO
20:05 20 Avqust 2019
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşayış evindən oğurluq edən rayon sakinləri saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Milli.Az-a verilən məlumata görə, Cəlilabad rayonunun Ağdaş kənd sakini olan bir qadın Rayon Polis Şöbəsinin Göytəpə Polis Bölməsinə müraciət edərək müraciət edərək yaşadığı evdən ümumilikdə 7800 manat dəyərində 1 ədəd televizor, 4 ədəd xalça, 1 ədəd elektrik generatoru, 1 ədəd qaz sobası, 1 ədəd elektrik mişarı və digər məişət əşyalarının oğurlandığını bildirib.

Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq faktını törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların Cəlilabad rayonunun Ağdaş kənd sakini Mehti Niftullayev və Cürzəli kənd sakini, əvvəllər məhkum olunmuş Əyyub Qarayev olduğu müəyyən edilib. Oğurladıqları məişət əşyalarının bir qismi onlardan aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/779656.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR