Azərbaycanda 42 dərəcə isti olacaq

Azərbaycanda 42 dərəcə isti olacaq
20:17 20 Avqust 2019
272 Ölkə
Ölkə mətbuatı
A- A+

Avqustun 21-də Azərbaycanın bəzi regionlarında 42 dərəcə isti olacaq. Sinoptiklər həftə rəzində isti hava şəraitinin davam edcəyini təxmin edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, avqustun 21-də Abşeron yarımadasında və Bakıda 38 dərəcəyədək isti olacaq.

Departament Bakıda və Abşeron yarımadasında zəif küləyin üstünlüyü fonunda gündüz saatlarında isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsiz olduğunu bildirir.

Avqustun 21-də Azərbaycanın rayonlarında 34-39, bəzi yerlərdə 42, dağlarda 25-30 dərəcə isti gözlənilir.

Azərbaycanın "Əmək Məcəllə"sinə əsasən temperatur 41 dərəcədən artıq olduğu halda açıq havada işlər dayandırılmalıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/779682.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR