ABŞ Xarici İşlər naziri İranı günahlandırdı - "Geri sayan saatımız var, vaxt məhdudlaşır"

ABŞ Xarici İşlər naziri Mayk Pompeo BMT Təhlükəsizlik Şurasında Suriya, Liviya və İrandakı problemlərlə bağlı önəmli açıqlamalar verib.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, BMT Təhlükəsizlik Şurasında Orta Şərqdəki hadisələrin müzakirəsinə qatılan Pompeo deyib ki, köhnə problemlərin həlli üçün yeni fikirlərə ehtiyac duyulur. İranı Suriya, İraq, Yəmən və Liviyada terror və iğtişaş yaratmaqda günahlandıran Pompeo həmçinin bidirib:

"BMT Təhlükəsizlik Şurasının 2020-ci il oktyabrda başa çatacaq İrana qarşı silah sanksiyasını və səyahət məhdudiyyətlərini yaxından izləyirik. Bütün dünya da izləyə bilər. Xarici İşlər Nazirliyinin veb saytında İranla bağlı bölümdə geri sayan bir saatımız var. İranın terror rejimini gücləndirməsini məhdudlaşdırmaq üçün zaman daralır. Beynəlxalq toplumun İran sərbəst qaldığında yaratacağı iğtişaşı görməyə və bunu əngəlləməyə xeyli zamanı var".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR