"Klon" serialı gerçək oldu - Klonlanmış ilk canlı bu gün doğuldu

Çin ilk dəfə bir pişiyi klonlamağı bacarıb.

Metbuat.az xəbər verir ki, "China Science and Technology Daily"də yer alan xəbərə görə, klonlama əməliyyatını həyata keçirən şirkət "Sinogene"nin SEO-su Vanq Jidonq "Qarlik" adlı pişiyin şirkətin laboratoriyasında doğulduğunu açıqlayıb. Sağlamlığında heç bir problem olmayan pişiyin klonlama əməliyyatları 2018-ci ilin avqustunda başlamışdı.

Çin Elmlər Akademiyası Zoologiya İnstitunun alimi Çen Dayuan inkişaf etdirilən bu texnologiyanın yüksən bir uğur olduğunu deyib. Kənd Təsərrüfatı Universiteti professoru Şi Sensenq isə pişiklərin klonlanmasının nadir bir əməliyyat olduğunu, bu əməliyyatı çətinləşdirən nüanslardan birinin pişiklərin fərqli çoxalma xüsusiyyətlərinə malik olması olduğunu deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR