Azərbaycanın turizm potensialı Hindistanın 3 böyük şəhərində təbliğ olunacaq - FOTO

9-13 sentyabrda Azərbaycan Turizm Bürosu tərəfindən Hindistanın Dehli, Benqaluru və Mumbay şəhərlərində silsilə təqdimatlar təşkil ediləcək.

"Azerbaijan-India Roadshow on Travel Trade" adlı tədbirdə Azərbaycandan 16, Hindistandan 100-ə yaxın turizm şirkəti iştirak edəcək.

Turizmin müxtəlif istiqamətləri üzrə ixtisaslaşmış təşkilatlar arasında B2B (Biznesdən-biznesə) xarakterli görüşlər baş tutacaq və gələcək tərəfdaşlıq üçün ikitərəfli müzakirələr aparılacaq.

Təqdimatlar çərçivəsində Hindistan turizm şirkətlərini Azərbaycanın turizm potensialı barədə ətraflı məlumatlandırmaq və maraq doğuran sualları cavablandırmaq məqsədilə mətbuat konfransı təşkil olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR